PEŞƏKAR SƏRBƏST MÜHASIB
300 AZNAyla Həsənova
Просмотров: 26, Объявление № 607806
- ГородБаку
- Возраст31 год
- ПолЖенский
- Дата размещения15 декабря 2025
- Истекает14 января 2026
- ИмяAyla Hüseynəli Həsənova
- Phone
- Эл. почта
-
Texniki bacarıqlar: Microsoft Office (Word, PowerPoint, Outlook), 1C, Logo, Excel Advanced, Vergi Uçotu və Vergi qanunvericiliyi, Financial Accounting (FA), Bank əməliyyatları, ödəmə sistemləri və vergi, digər dövlət qurumlarının portalları ilə işləmək təcrübəsi.
-
Yumuşaq bacarıqları: Məqsədyönlü, problem həll etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət və detallara diqqət, məxfilik və etik davranış prinsiplərinə sadiqlik, çevik təfəkkür, emosional intelekt,
Bakalavr – İqtisadiyyat və İdarəetmə fakultəsi - İqtisadiyyat
Sentyabr 2013-ci il – İyun 2018-ci il
“Kit Finance MMC”
Maliyyə mütəxəssisi / Maliyyə şöbəsi
Yanvar 2022 -Davam edir- Mühasibat şöbəsinin fəaliyyətinə nəzarət etmək və maliyyə uçotunun düzgün aparılmasını təmin etmək
- Maliyyə hesabatlarının (balans, gəlir-xərc, pul vəsaitlərinin hərəkəti) hazırlanmasını idarə etmək;
- Beynəlxalq və yerli mühasibat standartlarına (IFRS) uyğun hesabatlılığı təmin etmək;
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ÖMV, əmlak vergisi və s.) düzgün və vaxtında təqdim edilməsi;
- Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və şirkətin siyasətinə uyğunlaşdırmaq;
- Təşkilat daxilində aidiyyəti şöbələrlə koordinasiya və məlumat mübadiləsinin aparılması;
- Bank hesablarının hərəkətinə nəzarət etmək, likvidlik və pul axını (cash flow) idarəetməsini həyata keçirmək;
- Ödənişlərin planlaşdırılması, prioritetləşdirilməsi və təsdiqi;
- Valyuta əməliyyatları və beynəlxalq ödənişlərin həyata keçirilməsinin düzgün uçotunun təmin edilməsi.
- Şirkətin maliyyə göstəriciləri barədə rəhbərliyə maliyyə tövsiyələri təqdim etmək;
- Xərclər, gəlirlər, debitor və kreditor dövriyyəsini analiz etmək;
- Mühasibat kommandasında iş bölgüsü və nəzarəti həyata keçirmək, komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək və təlimlər təşkil etmək.
“Kit Finance MMC”
Mühsaibat uçotu üzrə baş mütəxəssis / Maliyyə
şöbəsi
Sentyabr 2019 - Dekabr 2021- Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
- Mühasibat uçotunun avtomatlaşdırılmış proqramlarda ( 1C ) düzgün işləməsini təmin etmək.
- Gündəlik maliyyə əməliyyatlarını (mallar, xidmətlər, ödənişlər, gəlirlər və xərclər) uçota almaq;
- Debitor və kreditor hesablarının uçotunu aparmaq və dövri uzlaşmaları həyata keçirmək;
- Əmək haqqı, sosial sığorta, məzuniyyət və e.zamiyyə ödənişlərini hesablamaq və uçota almaq;
- Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq.
- Satınalma şöbəsi ilə birgə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə və sənədlərin düzgün tərtibinə nəzarət etmək;
- Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək;
- Maliyyə dövrünün bağlanması prosesində iştirak etmək, proseslərin optimallaşdırılmasına töhfə vermək;
- Vergi ödənişlərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
- Xarici və yerli vergi müəssisələr ilə əlaqələri idarə etmək və Vergi mübahisələri və ya iddialarla bağlı məsələlərdə hüquq şöbəsi ilə birlikdə iş aparmaq;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını (Maliyyə vəziyyəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlamaq;
- Vergi hesabatlarının hazırlanması və vaxtında müvafiq orqanlara təqdim olunmasını təmin etmək,
- Bank hesabları üzrə ödəniş tapşırıqlarının hazırlanması, ödənişlərin həyata keçirilməsi, uçotu və izlənməsi;
“Kit Group” MMC
Aparıcı mühasib / Maliyyə şöbəsi Mart 2019- Sentyabr 2019
Mühasibat məlumatlarını toplamaq və qeydiyyata almaq;- Qaimələrin tərtibi və sistemə daxil edilməsi prosesini həyata keçirmək;
- Bank ödənişlərinin hazırlanması və icrası ilə məşğul olmaq;
- Tərəflər (podratçılar və sifarişçilər) arasında müqavilələrin hazırlanması və uyğunluğunun yoxlanılması;
- Mühasibatlıqla bağlı cari sənədləşmə və hesabat işlərinin həyata keçirilməsi;
- Kreditor və debitor borclarının üzləşdirilməsi;
- ƏDV, Mənfəət, ÖMV, Əmlak, Muzlu işlə əlaqədar vahid hesabat bəyannamələrinin hazırlanması;
- İdxal əməliyyatları üzrə prosedurların həyata keçirilməsi, malların maya dəyərinin hesablanması və s;
- Mühasibat sənədlərinin arxivləşdirilməsini və saxlanılmasını təşkil etmək;
“2x2 Consulting” MMC
Mühasib KöməkçisiSentyabr 2018-Mart 2019
- Mühasibat uçotu üzrə gündəlik əməliyyatları aparmaq və uçot proqramına (1C) daxil etmək;
- ƏDV, mənfəət və digər vergi bəyannamələrinin hazırlanmasında məlumat toplamaq və ilkin hesablamaları aparmaq;
- Vergi sənədlərinin və e-qaimələrin düzgünlüyünü yoxlamaqda iştirak etmək;
- Aylıq dövriyyə cədvəllərinin, balans və maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərmək;
- Nağd vəsaitlərin hərəkətinə dair gündəlik hesabatların hazırlanmasına kömək etmək;
Sahibkarların maliyyə və vergi yükünü optimallaşdırmaq məqsədilə xidmət göstərən sərbəst peşəkar mühasibəm. Vergi hesabatları, DSMF, Statistika, ƏDV və gəlir vergisi üzrə hesabatların hazırlanması, gündəlik mühasibat uçotu və maliyyə nəzarəti sahəsində geniş təcrübəyə malikəm. Etibarlı, operativ və məxfi əməkdaşlığa üstünlük verirəm.